...

ƏBÜLFƏZ QARAYEVİN KİPRƏ SƏFƏRİ TƏXİRƏ SALINIB

Siyasət Materials 26 Sentyabr 2005 12:46 (UTC +04:00)

Azərbaycanın İdman, Gənclər və Turizm naziri Əbülfəz Qarayevin sentyabrın 26 -da Kipr Respublikasına səfəri təxirə salınıb. Bu barədə Trend ə Nazirliyin turizm üzrə idarəsinin rəis müavini Xanoğlan Güləliyev məlumat verib.

Onun sözlərinə görə, səfərin təxirə salınmasının səbəbi nazirin iştirak edəcəyi beynəlxalq konfransın başqa vaxtı keçirilməsidir. Beynəlxalq turizm gününə həsr olunmuş konfransın sentyabrın 26-27-də keçirilməsi planlaşdırılmışdı. Orada dünyanın 30-dan artıq ölkəsinin turizm nazirpləri iştirak edəcəkdi. Nazirlikdən konfransın çox güman ki, oktyabr-noyabr aylarında keçiriləyi bildirilib.

Tədbir çərçivəsində Ə.Qarayevin digər ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü və turizm sahəsində ikitərəfli əlaqələrin inkişafı perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti