...

BİR SIRA GƏNCLƏR TƏŞKİLATI İNQİLAB YOLU İLƏ DƏYİŞİKLİYİN ƏLEYHİNƏ ÇIXIŞ EDİB

Siyasət Materials 27 Sentyabr 2005 15:20 (UTC +04:00)

"Azərbaycanda bir neçə məmurun, nazirin səriştəsiz fəaliyyətinə görə ölkədə inqilab etməyə dəyməz. Çünki inqilabldar ölkəni dağıdır və on illər ərzində dağılanları yenidən qurmaq lazım gəlir". Trend in məlumatına görə, bu fikirlər Azərbaycan Tələbə Hərəkatı və Qarabağ Uğrunda Seçki Hərəkatının birgə sentyabrın 27-də "Narıncı inqilabın qara nəticələri" mövzusunda keçirdiyi tədbirdə səslənib.

Azərbaycan Tələbə Hərəkatının rəhbəri Samir Behbudov bildirib ki, ölkədə qarışıqlıq yaratmaq, ictimai-siyasi sabitliyin pozulmasına çalışmaq deyil, azad, demokratik seçki keçirilməsinə nail olmaq lazımdır. Onun fikrincə, Azərbaycanda bütün demokratik dəyişikliklər dinc, təkamül yolu ilə həyata keçirilməlidir. S.Behbudov deyib ki, seçkilərin demokratikliyini təmin etmək üçün "exit-poll"lar keçiriləcək: "Ölkə prezidentinin bu istiqamətdə atdığı addımlar da iqtidarın demokratik seçki keçirmək niyyətindən xəbər verir".

Qarabağ Uğrunda Seçki Hərəkatının rəhbəri Məsud Həmzəyev parlament seçkisində bir yer uğrunda 20-dən çox namizədin mübarizə aparmasını demokratik seçki mühitinin göstəricisi kimi qiymətləndirib. Onun fikrincə, hər bir ölkədə inqilablar anarxiyanın əsasını qoyur, hadisələrin sonrakı inkişafı çoxsaylı problemlərin ortaya çıxması, daxili sabitliyin pozulması, narazılıqların artması iloə müşaiyət olunur. M.Həmzəyevin sözlərinə görə, Gürcüstan, Ukraynada inqilab yolu ilə dəyişikliyə nail olan, hakimiyyətə gələn qüvvələrin artıq nüfuzu aşağı düşüb. Bu ölkələri Azərbaycanla müqayisə edərkən təşkilat rəhbəri deyib ki, onlardan fərqli olaraq bizdə artıq oturuşmuş dövlət var və qanunlarla ölkə idarə olunur.

Gənlərin Seçki Blokunun deputatlığa namizədi Çingiz Bayramov bildirib ki, izacəsiz aksiyaların keçirilməsinin qarşısının alınmasına haqq qazandırdığını və dövlətin qanunların, asayişin keşiyində dayanmasının Ən düzgün yol olduğunu vurğulayıb. Onun fikrincə, izacəsiz kütləvi aksiyalar keçirmək, inqilab çağırışları etmək daxildə sabitliyi pozmaq, parlament seçkisinin demokratikliyinə indidən kölgə salmaq cəhdləridir.

Xəbər lenti

Xəbər lenti