...

Konstitusiya Məhkəməsinin Plenumu oktyabrın 21-də Hacıağa Nurinin şikayətinə baxacaq

Siyasət Materials 19 Oktyabr 2005 19:46 (UTC +04:00)

"Oktyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu Hacı Hacıağa Nurinin kassasiya şikayətinə baxacaq". Bu barədə Trend agentliyinə iddiaçının özü bildirib.

Qeyd edək ki, Azərbaycançı Qüvvələr Seçki blokundan namizədliyi 28 saylı Sabunçu üçüncü seçki dairəsindən ləğv edilən İslam Partiyasının sədri Hacı Hacıağa Nuri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından Apellyasiya Məhkəməsinə, bu instansiyanın qərarından isə Ali Məhkəməyə şikayət etmişdir. Ali Məhkəmə MSK və Apellyasiya Məhkəməsinin qərarlarını qüvvədə saxladıqdan sonra H.H.Nuri Konstitusiya Məhkəməsinin Plenumuna şikayət edib.

H.H.Nurinin vəkili Çingiz Quliyev isə bildirib ki, əgər Konstitusiya Məhkəməsinin plenumu məlum məsələ ilə bağlı ondan əvvəlki instansiyaların qərarlarını qüvvədə saxlayarsa, onda beynəlxalq hüquq normaları çərçivəsində addım atacaqlar: "Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq".

İslam partiyasının sədri isə bildirib ki, bu dəfə də onun hüquqları bərpa olunmasa, onda daha ciddi tədbirlərə əl atacaq: "Namizədliyim ləğv edilən seçki dairəsində seçicilərim mənim hüquqlarımın müdafiəsinə qalxsalar bu, heç də xoşagəlməz hallarla nəticələnməyəcək".

Xəbər lenti

Xəbər lenti