...

Düşənbədə MDB ölkələrinin XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 14 Noyabr 2005 14:22 (UTC +04:00)

Noyabrın 17-18-də Düşənbədə MDB üzvü olan dövlətlərin XİN-ləri arasında növbəti məsləhətləşmə keçiriliəcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

Növbəti məsləhətləşmələrin mövzusu "Əmək miqrasiyasının nizamlanması məsələsində MDB üzvü olan ölkələrin qarşılıqlı fəaliyyəti"dir. İclas iştirakçıları miqrantların və onların ailələrinin hüquqi statusu haqda Konvestiyanın layihəsinə, Birlik ölkələri arasında əlaqələrin genişləndirilməsinə, MDB ölkələrinin ümumi əmək bazarının genişləndirilməsi və s. məsələləri nəzərdən keçirəcəklər.

İclas iştirakçıları həmçinin, MDB ölkələri vətəndaşlarının pensiya təminatı barədə Razılaşmanın layihəsində əlillərin problemlərinin həllinə, miqrasiyanın nizamlanması məsələlərinə, bu sahədə qanunvericilik və təcrübə arasında şəffaflığın təminatı, miqrasiya prosesinin daha səmərəli və sivil həyata keçirilməsi, MDB ölkələrinin qanunvericiliklərinin beynəlxalq standartlara uyğunlaşdırılması məsələlrinə baxacaqlar. İclasda qanunsuz miqrasiya və insçan alveri ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri lə müzakirə olunacaq.

Ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı XİN ekspertləri təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti