...

93 saylı Bərdə şəhər dairəsinin naimzədləri seçkinin nəticələri boykot etdilər

Siyasət Materials 18 Noyabr 2005 13:20 (UTC +04:00)

93 saylı Bərdə şəhər seçki dairəsində deputatlığa namizəd olmuş 9 nəfər birgə bəyanat qəbul ediblər. Trend xəbər verir ki, bu barədə noyabrın 18-də Beynəçlxalq mətbuat mərkəzində keçirilən mətbuat-konfransında açıqlama verilib.

93 saylı dairədən namizəd Böyük millət partiyasının sədri Samir Adıgözəlli bildirib ki, həmin namizəllər Bərdədə toplanaraq birgə sənəd imzaalayıblar. Onlar seçkinin nəticələrinə etiraz edir və bu dairə üzrə nəticələri tanımadığını bəyan ediblər. S.Adıgözəllinin sözlərinə görə, oktyabrın 25-nə qədər bu rayonda seçki prosesi normal keçib. Lakin bu tarixdən sonra namizədlərə təzyiqlər başlanıb. Hətta bu rayondan deputatlığa ən real namizəd olan "Yeni Azərbaycan" partiyasının üzvü Hüseyn Abbasov da təzyiqlər altında namizədliyini geri götürməyə məruz qalıb.

S.Adıgözəllinin sözlərinə görə, Bərdədən olan namizədlər bu dairədən qalib elan olunmuş Zahid Orucun qələbəsini saxta oldğunu bəyan ediblər. Böyük millət partiyası sədri bildirib ki, o ən çox səs topladığı məntəqələrdən protokolları əldə edə bilməyib, müşahidəçiləri məntəqələrdən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti