...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 10 dekabr aksiyasının "Qələbə"də yox, "Motodrom"da keçirilməsinə izacə verib

Siyasət Materials 8 Dekabr 2005 18:32 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 10 dekabr aksiyasının "Qələbə" meydanında keçirilməsinə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətinin ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, ötən dəfə - 26 noyabrda keçirilmiş aksiyada baş verən hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. Z.Ramazanov qeyd edib ki, həmin aksiyada müxalifətçilər öz üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməyiblər, nəticədə polis əməkdaşlarına müqavimət göstərilib, xidməti vəzifələrini yerinə yetirən polislərdən bədən xəsarəti alanlar olub.

Bakı şəhər İcra Hakimiyyəti 26 noyabrda keçirilmiş yürüş-mitinqdə razılaşdırılmış ərazidə qanun pozuntularının baş verdiyini nəzərə alaraq, müxalifətin dekabrın 10-na planlaşdırdığı aksiyanın saat 15.00-dan 17.00-dək Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda (Motodrom) keçirilməsini məqəsədəuyğun sayıb.

Bakı Şəhər İcra Hakimiyyəti cavab məktubunda bildirib ki, mitinqdə dövlətçilik, dövlət atributları əleyhinə və hakimiyyətin səlahiyyətlərinə mane olmağa yönəldilən şüarların səsləndirilməsi, həmçinin, aksiya iştirakçılarının üzərlərində odlu və soyuq silahlar, insan həyatı üçün təhlükəli ola biləcək əşyalar, dəmir, taxta dəyənəklər gəzdirməsi qadağandır.

Xəbər lenti

Xəbər lenti