...

AQB-nin iclası islamçıların Həcc ziyarətindən sonra baş tutacaq

Siyasət Materials 27 Dekabr 2005 17:33 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Birliyinin (AQB) növbəti toplantısı bizim Həcc ziyarətimizdən sonra baş tutacaq". Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan Azərbaycan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

Onu da bildirək ki, AQB-nin toplantıları parlament seçkilərindən sonra keçirilməyib. Vəhdət Partiyası adıçəkilən qurumdan çıxdıqdan və Azərbaycan Sosial Demokrat Partiyası müxtəlif səbəblər üzündən AQB-nin iclaslarına qatılmadığından nəzərdə tutulan məsələlər iki aya yaxındır ki, müzakirə olunmayıb.

H.Nuri bildirib ki, dekabrın 28-də yenidən toplantını keçirməyə cəhd göstərəcəklər: "Əgər bu dəfə də alınmasa, Həcc ziyarətindən qayıtdıqdan sonra toplantı keçirib bizi düşündürən məsələlərlə bağlı qəti qərar verəcəyik". Partiya sədri iki gündən sonra Məkkəyə yola düşəcəklərini qeyd edib: "Mənimlə birlikdə müavinim Rövşən Əhmədli və Birlik Partiyasının sədri Xudadət Xudiyev də Həccə gedəcəklər".

Xəbər lenti

Xəbər lenti