...

MSK Lalə Şövkətin deputat mandatını ləğv etdi

Siyasət Materials 19 Yanvar 2006 18:07 (UTC +04:00)

Yanvarın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda təkrar seçkilərlə əlaqədar bəzi dairələr üzrə namizədliyin təsdiq edilməsi məsələsinə, həmçinin Lalə Şövkət Hacıyevanın deputat mandatının ləğv olunması ilə bağlı müraciətinə baxılıb.

MSK-nın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bir neçə seçki dairələri üzrə namizədliyini irəli sürmüş şəxslərin müraciətləri barədə məlumat veriblər. Səsvermə nəticəsində 9 saylı Binəqədi ikinci seçki dairəsindən 4 nəfərin, 38 saylı Nizami (Gəncə) daiəsindən 1, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 1, 110 saylı Zaqatala dairəsindən 1, 119 saylı Ağdam kənd seçki dairəsindən 1 nəfərin namizədliyi təsdiqlənib.

Sonra Vidadi Mahmudov Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin müraciəti barədə məlumat verib və şikayətçinin öz müraciəti əsasında onun deputat mandatının ləğv olunmasını təklif edib. Təklif səsə qoyulub və qəbul edilib.

Xəbər lenti

Xəbər lenti