...

AXCP (i) Ali Məclisi Rəyasət Heyətinin iclası keçirilib

Siyasət Materials 6 Fevral 2006 18:25 (UTC +04:00)

Fevralın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) Ali Məclisi Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə Trend ə AXCP çevrilməsi, partiyanın 2006-cı ildə fəaliyyət istiqamətləri, həmçinin dünyada xristian-müsəlman dinləri arasında toqquşmalara səbəb olan son olaylar müzakirə edilib.

Partiya rəhbərliyi AXCP-nin bu ilki fəaliyyət istiqamətlərinə dair bir sıra tədbirlərin görülməsi üçün işçi qrupların yaradılmasına qərar verib. Həmçinin AXCP "Azadlıq" blokunun siyasi bloka çevrilməsini və bu yöndə işlərin davam etdirilməsini zəruri hesab edib.

Müsavat Partiyasının paralmentin işində və təkrar seçkidə iştirak etmək qərarı isə müzakirəyə çıxarılmayıb. AXCP sədrinin müavini Fuad Mustafayev bildirib ki, bu məsələ "Azadlıq" bloku Sədrlər Şurasının bu həftə keçiriləcək toplantısında müzakirə ediləcək və lazımi qərarlar çıxarılacaq: "Müsavat Partiyasının bu qərarı müxalifətin ümumi maraqlarına uybun deyil. Müsavatın bu addımı "Azadlıq" blokunun toplantısında öz qiymətini alacaq"-deyə F.Mustafayev bildirib.

Xəbər lenti

Xəbər lenti