...

İsveçrənin XİN rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 20 Fevral 2006 18:26 (UTC +04:00)
İsveçrənin XİN rəhbəri Azərbaycana səfər edəcək

Fevralın 22-25-də İsveçrənin zxarici işlər naziri Mişlin Kalmi-Rey (Micheline Calmy-Rey) Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

İsveçrənin xarici işlər nazirinə Azərbaycana səfər etməklə bağlı dəvətnamə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən onun Cenevrəyə işgüzar səfəri zamanı təqdim edilib. Qarşıdakı səfərin gedişində ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlərin müzakirə olunacağı gözlənilir. İsveçrənin xarici işlər nazirini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Ağayev qəbul edəcəklər.

Xəbər lenti

Xəbər lenti