Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli fevralın 20-də partiyanın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Dallas Frohriblə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.
Görüşdə Əli Kərimli "Azadlıq" siyasi blokunun yaranması, məqsədləri, fəaliyyət isqamətləri və gələcək planları barədə qonağa məlumat verib. Görüşdə həmçinin ölkədəki demokratik proseslərə dair fikir mübadiləsi aparılıb.