...

Azərbaycanın Baş Prokurorluğunda 13 bələdiyyənin fəaliyyəti ilə əlaqədar aparılan istintaq işləri başa çatıb

Siyasət Materials 22 Fevral 2006 14:28 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 13 bələdiyyənin işində aşkar edilmiş ciddi qanun pozuntusu ilə bağlı istintaq işləri başa çatıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə məlumat verib.

M.Səlimzadə bildirib ki, Mərkəzə daxil olmuş və Baş Prokurorluqda barəsində cinayət işi başlanmış 3 bələdiyyə barəsində şikayətlər dövlət orqanlarından, ictimai təşkilatlardan və xüsusilə də vətəndaşlardandır.

" Bizə xeyli sayda belə müraciətlər daxil olub. Ötən il ərzində təxminən 50-yə yaxın bələdiyyənin fəaliyyətində inzibati nəzarət qaydasında araşdırmalar aparmışıq. Nəticədə 13 bələdiyyənin fəaliyyətində, xüsusilə də həmin bələdiyyələrin maliyyə təsərrüfat fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib. Onlara ümumi qiymət verilməsi üçün müvafiq qaydada Baş Prokurorluğa müraciət olunub. Baş Prokurorluqda həmin bələdiyyələrin fəaliyyəti ilə bağlı istintaq aparılıb və yaxın günlərdə iş materialları məhkəmə baxışına göndəriləcək" - deyə M.Səlimzadə bildirib.

M.Səlimzadə onu da qeyd edib ki, daha bir neçə bələdiyyənin fəaliyyətində, bələdiyyə işinin təşkilində müəyyən nöqsanlar, çatışmazlıqlar aşkar edilib. Bu nöqsanların aradan qaldırılması üçün həmin bələdiyyələrə müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti