...

İlham Əliyev: "Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla nizama salına bilər"

Siyasət Materials 22 Mart 2006 11:22 (UTC +04:00)

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolu Azərbaycanın ərazi bütövlüyünün bərpası və qaçqınların öz evlərinə qayıtmasından keçir". Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə keçirilmiş tədbirdə çıxışında bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərini rəhbər tutur, dövlətçiliyin möhkəmlənməsi və iqtisadiyyatın inkişafı isə onun fəaliyyətinin prioritetidir.

Prezident xatırladıb ki, yaxın gələcəkdə Bakı-Tiflis-Ceyhan neft kəməri istismara veriləcək, bu layihənin həyata keçirilməsindən əldə olunacaq gəlir isə infrastrukturun və təhsilin inkişafına yönəldiləcək. İlham Əliyev onu da bildirib ki, respublikada orta əmək haqqının səviyyəsi yenə də artırılacaq.

"Bütün bunlar ölkənin müstəqilliyinin möhkəmlənməsinə və respublika vətəndaşlarının rifahının yüksəlməsinə imkan verəcək", - deyə dövlət başçısı sonda bildirib.

Xəbər lenti

Xəbər lenti