...

Orduda xidmət edən insanların hüquqlarının pozulması ilə bağlı məruzə AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılacaq

Siyasət Materials 24 Mart 2006 20:24 (UTC +04:00)

Orduda xidmət edən insanların hüquqlarının pozulması ilə bağlı məruzə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva jurnalistlərə bildirib.

Millət vəkili bildirib ki, bir müddət öncə Avropa Şurasında orduda xidmət edən insanların hüquqlarının pozulması ilə bağlı məruzə dinlənilib: "Martın 15-də Parisdə Avropa Şurasının insan haqları və hüquq məsələləri komitəsinin iclasında isə yenidən bu məsəlyə baxılıb. Həmin iclasda azərbaycanlı millət vəkilləri iştirak etməyib. Bu baxımdan məruzənin təsdiq olunması prosesində biz öz təkliflərimizlə çıxış etməmişik".

Belə bir məruzənin Bolqarıstandan olan deputat Aleksandr Arabaçiyev tərəfindən hazırlandığını deyən G.Hacıyeva sənədin AŞPA-nın aprelin 10-13-də keçiriləcək yaz sessiyasında müzakirəyə çıxarılacağını deyib: "Biz məruzə ilə tanış olduqdan sonra əlavə və dəyişikliklərlə bağlı təkliflərimizi yazılı şəkildə qurumun katibliyinə təqdim edəcəyik". Millət vəkili qeyd edib ki, məqsəd məruzədə Azərbaycanla bağlı məsələdə obyektivliyi təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti