...

Azərbaycan və Gürcüstan sərhədçiləri Qardabani rayonunda görüşəcək

Siyasət Materials 28 Mart 2006 16:23 (UTC +04:00)

Gürcüstan və Azərbaycan sərhədçiləri arasında işgüzar görüş çərşənbə günü Qardabani rayonunda (Şərqi Gürcüstan), "Qırmızı körpü" rayonundakı Gürcüstan-Azərbaycan sərhədində keçiriləcək.

Trend in xəbər verdiyi kimi, Gürcüstanın dövlət sərhədlərini mühafizə dövlət Departamentindən bildirilib ki, görüşdə Gürcüstanı sərhəd idarəsinin sədr müavini Koba Boçorişvili, Azərbaycanı isə sərhəd qüvvələri baş qərargahının rəisi Arzu Rəhimov təmsil edəcək.

Görüşdə məqsəd sərhəddə vəziyyətlə bağlı operativ məlumat mübadiləsi istiqamətində əməkdaşlığın qurulması, son altı ay ərzində sərhəddə qanun pozuntularının qiymətləndirilməsindən ibarətdir.

Görüş çərçivəsində Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin sürətləndirilməsinə dair protokol imzalanacaq. Bu barədə Praym-Nyus xəbər verir.

Xəbər lenti

Xəbər lenti