...

Məzahir Pənahov: "MSK-da xüsusi qrup seçkilərin təşviqat prosesinə nəzarəti həyata keçirir"

Siyasət Materials 31 Mart 2006 16:55 (UTC +04:00)
Məzahir Pənahov: "MSK-da xüsusi qrup seçkilərin təşviqat prosesinə nəzarəti həyata keçirir"

MSK-nın nəzdində fəaliyyət göstərən mətbuat qrupu seçkiqabağı təşviqat kampaniyası dövründə qaydalara riayət olunmasına nəzarət edir. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. O, bildirib ki, təşviqat qaydalarının pozulması hallarına nəzarət etmək bu qrupun birbaşa vəzifəsidir.

"MSK üzvü Azər Tağıyevin rəhbərlik etdiyi seçkiqabağı təşviqat qaydalarına riayət edilməsinə nəzarət edən mətbuat qrupu təşviqat dövrünə aid olan şikayətlərə baxır. Həmçinin özü namizədlərin qanunlara, təşviqat qaydalarına riayət etməsinə nəzarəti həyata keçirir, əgər bu sahədə qanun pozuntusu qeydə alınırsa MSK-ya bu barədə təqdimat verir. Aşkar etdiyi şikayətin prokurorluğa, yaxud məhkəməyə göndərilməsini təklif edir. Təkrar parlament seçkilərinin təşviqat mərhələsinə aid hələ ki ciddi pozuntu müşahidə edilməyib"-deyə MSK sədri qeyd edib.

Məzahir Pənahov bildirib ki, təkrar seçkilərlə bağlı MSK-ya bir sıra şikayətlər xadi olub və komissiya tərəfindən bunlara baxılır: "Amma ciddi narahatlıq doğuran şikayət yoxdur. Hansısa məsələlərlə bağlı narazılıqlar yaranır və buna görə də bəzi şikayətlər daxil olur. Hesab edirəm ki, bu şikayətlərin gəlməsi təbii haldır".

Xəbər lenti

Xəbər lenti