...

Kiyevdə XİN Şurasının və GUAM-ın milli əlaqələndiricilərinin növbəti iclası keçiriləcək

Siyasət Materials 6 Aprel 2006 15:41 (UTC +04:00)

May ayının sonlarında Kiyevdə GUAM-ın xarici işlər nazirləri Şurasının və təşkilvtın milli əlaqələndiricilərinin iclasının keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi Səbuhi Temirov bildirib.

Onun sözlərinə görə, Ukraynanın XİN-də artıq sammitin keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb və o artıq təşkilat işlərinə başlayıb. Yaxın vaxtlarda qarşıdakı sammitin tarixi dəqiqləşdiriləcək. Hələlik Ukrayna tərəfi tərəflərə konkret müddət təklif etğməyib.

Yaxın vaxtlarda ekspertlər sammitin gündəliyinin hazırlanması ilə bağlı işlərə başlayacaqlar. Əvvəlcə o, milli əlaqələndiricilər səviyyəsində razılaşdırılacaq və baxılmaq üçün XİN Şurasına təqdim ediləcək. Şura da öz növbəsində dövlət başçılarının sammitində baxılmaq üçün sənədi təsdiqləməlidir.

Diplomat bildirib ki, dövlət başçılarının növbəti sammitində GUAM-ın beynəlxalq təşkilata çevrilməsi üzrə nizamnaməyə uyğun sənədləri təsdiq edəcəkləri gözlənilir. Bununla əlaqədar, sammitə qədər iştirakçı ölkələrin yüksək rütbəli nümayəndələrinin sammitin gündəliyini və imzalanan sənədləri yoxlamaq üçün görüşünün keçirilməsi gözlənilir.

GUAM 1997-ci ildə yaradılıb, 1999-cu ildə isə Özbəkistan ona qoşulub və təşkilat GUÖAM adlanmağa başlayıb. Lakin 2005-ci ildə bu ölkə təşkilatdan çıxdığını elan edib. GUAM-ın sonuncu sammiti 2005-ci ilin aprelində Kişinyovda keçirilib. Burada GUAM-ın bazasında ofis və digər strukturları olan mükəmməl regional təşkilatın yaradılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti