ABŞ-ın Azərbaycandakı səfirlyyinin ictimai əlaqələr şöbəsinin müdiri Conatan Xenik bu günlərdə Naxçıvanda olub, MR Ali Məclisinin sədri Vasif Talıbovla, təhsil naziri Piri Nağıyevlə görüşüb, "Məktəb əlaqələri və mübadilə" proqramını həyata keçirmək məqsədilə gəldiyini bildirib.
Proqrama əsasən, bir- iki il ərzində dörd orta məktəblə mübadilə aparmaq və internet əlaqələri yaratmaq nəzərdə tutulur. Bundan başqa, Naxçıvan universitetlərinin tələbələrdən ABŞ-da təhsilini davam etdirmək istəyənlərə yardım ediləcək.
Sentyabr ayında isə səfirlik tərəfindən Naxçıvana ingilis dili müəllimi göndəriləcək. Məqsəd ingilis dilini yaxşı qavramaq istəyən universitet müəllim və tələbələrinə kömək etməkdir. Proqrama əsasən, MR Mərkəzi kitabxanası ilə internet əlaqəsi yaratmaq və kitabxanaya müxtəlif ədəbiyyatlar göndəriləcək.
C.Xenik "Trendə" bildirib ki, səfirlik tərəfindən mədəniyyət və təhsil proqramını genişləndirmək üçün Naxçıvanla sıx əlaqə qurulacaq.