...

İlham Əliyev:Azərbaycanın enerji ehtiyatları təkcə regional deyil, ümumdünya əhəmiyyəti kəsb edə bilər

Siyasət Materials 27 Aprel 2006 13:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, onun ölkəsinin enerji ehtiyatları təkcə regional deyil, Avropa və hətta ümumdünya əhəmiyyəti kəsb edə bilər. Trend in verdiyi məlumata görə, o, bu barədə fikrini ABŞ-a ilk rəsmi səfəri zamanı Vaşinqtondakı Beynəlxalq münasibətlər üzrə Şurada çıxış edərkən ifadə edib.

"Bakı-Tbilisi-Ceyhan və Bakı Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri nə qədər vacib olsa da, onlar əsas etibarilə regionial ölçüyə malikdir ", - deyə İlham Əliyev bildirib. Qazla bağlı fikrini inkişaf etdirərək o, deyib ki, Azərbaycan əvvəlcə öz bazarını Türkiyə və Gürcüstanda görürdü, onun Avropaya satışını isə "hətta heç nəzərdə tutmurdu". Respublika müvafiq olaraq bu yanacağın hasilatı üzrə öz planlarını qurub.

"İndi AB-nin nümayəndələri Avropanı gələcəkdə qazla təchiz etmək üçün bizə müraciət edir, - deyə Əliyev bildirib. - Lakin bizim üçün bu məsələ təzədir və biz heç vaxt bu məsələ ətrafında ciddi düşünməmsişik. Əgər gələcəkdə bununla məşğul olmaq lazım gələrsə, onda bunu hamı ilə - Azərbaycanla, qaz hasil edən şirkətlərlə, Avropa Birliyi ilə birgə etmək lazımdır ".

"Biz ABŞ-ın da bizə qoşulacağından çox şad olardıq ", - deyə Azərpbaycan prezidenti əlavə edib. Onun sözlərinə görə, Vaşinqtonun əhəmiyyətli dəstəyi olmadan Azərbaycan iqtisadiyyatının hazırkı qızğın inkişafının əsası olan bu ölkənin energetika sektorunun inkişafı üzrə planlarının reallaşdırılmasını həyata keçirmək çətin olacaq.

İlham Əliyev Xəzərdən təkcə Qərb istiqamətində deyil, həm də Şərq istiqamətində energetika strukturlarının inkişafı perspektivlərini istisna etmir. "Əgər Şərqi Xəzəryanı ölkələr bizim infrastrukturumuza qoşulmağı qərara alsalar, biz, əlbəttə ki, bunu alqışlayarıq ", - İlham Əliyev bildirib. Daha sonra o, bunun "regionda tamamilə yeni vəziyyət yarada biləcəyini" əlavə edib. Ümumilikdə, onun fikrincə, yeni şəraitdə Azərbaycanda "dünya əhəmiyyətli layihə" yarana bilər.

Bakının Qərbin aparıcı neft-qaz şirkətləri ilə əməkdaşlıqda maraqlı olması Vaşinqtonda razılıqla qarşılanır. Görüşdə iştirak edən və yaxın keçmişdə ABŞ-ın Xəzərin energetika məsələləri üzrə xüsusi nümayəndəsi, ABŞ-ın Aşqabaddakı səfiri Stiven Mənn İTAR-TASS agentliyinin müxbiri ilə müsahibəsində Azərbaycanda hasilatla "Eksson" və BP (Bi-Pi) kimi şirkətlərin məşğul olduğunu" bildirib.

Sonuncu, böyüklüyünə görə "EkssonMobil"dən sonra dünyada ikinci neft konsernidir. O, 1998-ci ildə "Amoko"nun "Britiş petroleum"şirkəti ilə birləşməsi nəticəsində yaranıb. Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti