"Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin aktivləşdirilməsinin tərəfdarıdır". Trend in xəbər verdiyi kimi, bu barədə mayın 4-də Bakıda İƏT XİNŞ-nin növbəti iclasında iştirakı çərçivəsində Türkiyənin dövlət naziri Bəşir Atalay bəyan edib.
"Biz, həmçinin, təşkilatın layihələrinin gerçəkləşdirilməsi prosesinin sürətləndirilməsinin tərəfdarıyıq", - deyə o qeyd edib.
Bundan başqa, gündəlikdə müştərək bankın yaradılması, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq və digər məsələlər durur.
Dövlət naziri onu da bildirib ki, İƏT-in sabah keçiriləcək sammitində iştirak çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın İran prezidenti Mahmud Əhmədi Necatla görüşəcəyi istisna edilmir. İran məsələsi müzakirə mövzusu ola bilər", - deyə B.Atalay qeyd edib.