...

Məhəmmədrza Xiştinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Siyasət Materials 10 May 2006 19:57 (UTC +04:00)

İyunun 23-25-də İsveçin paytaxtı Stokholm şəhərində Məhəmmədrza Xiştinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) IX qurultayı keçiriləcək. Trend xəbər verir ki, qurultayda dünyanın müxtəlif ölkələrindən 400-dən çox nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan və Rusiyadan təxminən 130-a yaxın ziyalının qurultayda iştirakı nəzərdə tutulub. O da bildirilib ki, İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasiyası (AFİ) bir çox təşkilatları birləşdirmək istiqamətində uğur qazanıb. İsveçdə İsveç Azərbaycanlıları Birliyi və "Iahid Azərbaycan" internet televiziyası (IATI) da fəaliyyət göstərir.

Qurultayda İsveç rəsmiləri və siyasətçilərinin də iştirakı planlaşdırılır. Qurultayın gündəliyində Güney azərbaycanlılarının problemləri ilə yanaşı Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq. Qurultay GünazTI vasitəsilə lentə alınıb dünyada yaşayan soydaşlarımıza çatdırılacaq.

Qeyd edək ki, 1997-ci ildə yaradılan DAK iki hissəyə parçalanıb. Qurumun bir hissəsinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xişti rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti