...

AVCİYA və "Şəffaf seçkilər" Monitorinq Mərkəzi təkrar seçkilərin müşahidəsinin nəticələrini açıqlayıb

Siyasət Materials 14 May 2006 14:11 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "Şəffaf seçkilər" Monitorinq Mərkəzi 13 mayda keçirilmiş təkrar parlament seçkilərində apardıqları müşahidələrin yekunlarını açıqlayıb. Trend in məlumatına görə, mayın 14-də Beynəlxalq Mətbuat Mərkəzində müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçirilib.

AVCİYA-nın müşahidə qrupunun rəhbəri Vasif Mövsümov bildirib ki, iki təşkilatın 686 nəfər müşahidəçisi MSK-da, dairə seçki komissiyalarında qeydə alınıb və seçkilərin müşahidəsini aparıb. Onun sözlərinə görə, ayrı-ayrı dairələrdə müşahidəçilərin qeydiyyatında yaradılan problemlər MSK-nın işə müdaxiləsindən sonra aradan qaldırılıb. V.Mövsümov bildirib ki, dünənki seçkidə ciddi qanun pozuntularına rast gəlməyiblər. Onun sözlərinə görə, seçici siyahılarında bəzi çatışmazlıqlar ortaya çıxıb və buna seçicilərin özlərinin laqeydliyi səbəb olub. Müşahidəçilərə isə seçki prosesində heç bir təzyiq və maneələr törədilməyib.

AVCİYA-nın koordinatoru İradə Qurbanova bildirib ki, hər iki təşkilat bolqar tərəfdaşları ilə birgə 93 məntəqədə "exit-poll" və "quick couit" (tez bir zamanda səslərin paralel hesablanması) keçiriblər. Onun sözlərinə görə, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə "exit-poll"un keçirilməsinə heç bir maneələr olmadı. İ.Qurbanova bildirib ki, AVCİYA və "Şəffaf seçkilər" Monitorinq Mərkəzinin birgə müşahidəsi və "exit-poll"la "quick count"un nəticələri Azərbaycan, rus, ingilis dillərində kitab şəklində çap olunacaq.

Xəbər lenti

Xəbər lenti