...

Ali Məhkəmə Mirmahmud Mirəlioğlunun iddiasını yenidən Apellyasiya Məhkəməsinə göndərib

Siyasət Materials 1 İyun 2006 18:50 (UTC +04:00)

Ali Məhkəmə iyunun 1-də Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlunun Mərkəzi Seçki Komissiyasından (MSK) verdiyi şikayətinə baxıb. Bu barədə Trend ə KAXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib.

X.Teyyublu bildirib ki, Ali Məhkəmə baxılmaq üçün şikayəti yenidən Apellyasiya Məhkəməsinə göndərməklə bağlı qərar qəbul edib.

Qeyd edək ki, mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdə 42 saylı Sumqayıt seçki dairəsindən namizəd olan M.Mirəlioğlu seçkilərin nəticələrindən narazı qaldığına görə mayın 25-də MSK-dan Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə M.Mirəlioğlunun iddiasını qəbul etməyib. Buna görə də M.Mirəlioğlu Ali Məhkəməyə kasasiyfa şikayəti vermək məcburiyyətində qalıb.

X.Teyyubli vurğulayıb ki, əgər bu dəfə də Apellyasiya Məhkəməsi onların iddasını qəbul etməsə, yenidən Ali Məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlar.

Xəbər lenti

Xəbər lenti