...

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında məsləhətləşmələrin tarixi hələ müəyyən olunmayıb

Siyasət Materials 6 İyun 2006 19:13 (UTC +04:00)

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında növbəti məsləhətləşmələrin müddəti hələ dəqiqləşdirilməyib. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən xəbər verilib.

Bu məsləhətləşmələrin bu ilin iyun ayında keçiriləcəyi gözlənilir. Səfirlikdən xəbər veriblər ki, gündəliyə iki ölkənin siyasi əməkdaşlıq perspektivləri daxil olacaq. Tərəflər iki ölkənin xarici siyasət idarələri arasında başlanmış müzakirələri davam etdirəcəklər. Məsləhətləşmələrin tarixi nümayəndə heyəti rəhbərlərinin qrafikindən asılıdır.

Xəbər lenti

Xəbər lenti