...

BTC Co və Botaş BTC kəmərinin Türkiyə sahəsini birgə idarə edəcək

Siyasət Materials 6 İyun 2006 19:56 (UTC +04:00)
BTC Co və Botaş BTC kəmərinin Türkiyə sahəsini birgə idarə edəcək

BTC So və Türkiyənin Botaş şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismarı üzrə birgə fəaliyyətin əsas prinsiplərini razılaşdırıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev bildirib. Əsas prinsip Türkiyə ərazisində ümumi idarəçilikdir.

Əvvəllər ehtimal olunurdu ki, Türkiyə ərazisində kəmərin idarə olunması ilə yalnız türk şirkəti məşğul olacaq. Lakin əldə olunmuş razılığa görə, ilk 3 il ərzində idarəçilik birgə həyata keçiriləcək. İstismar zamanı ortaya çıxan məsələlər də birgə həll olunacaq.

BTC So-nun səhmdarları aşağıdakı şirkətlərdir: BP (30,1%); AzBTC (25,00%); Chevron (8,90%); Statoil (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), Itochu (3,40%); INPEX (2,50%), ConocoPhilips (2,50%) və AmeradaHess (2,36%).

Xəbər lenti

Xəbər lenti