...

Metyu Brayza: ABŞ inanır ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün "imkanlar pəncərəsi" olacaq

Siyasət Materials 8 İyun 2006 15:20 (UTC +04:00)
Metyu Brayza: ABŞ inanır ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün "imkanlar pəncərəsi" olacaq

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının tərəfdarı olaraq qalır. Bu barədə ABŞ dövlət katibi yardımçısı Metyu Brayza Trend ə verdiyi eksklyuziv müsahibəsində xəbər verib.

Onun sözlərinə görə, keçən həftə sonu Azərbaycan və Ermənistan prezidentləri intensiv və hərtərəfli danışıqlar aparmaq üçün Buxarestdə görüşüblər.

O qeyd edib: "Danışıqlarda hər hansı irəliləyiş olmayıb. Lakin biz inanırıq ki, əgər prezidentlər münaqişənin nizama salınmasının irəliləməsi üçün çətin və cəsarətli qərar qəbul edə bilsələr, 2006-cı il münaqişənin həllində "imkanlar pəncərəsi" olacaq".

M.Brayza həmçinin qeyd edib ki, ABŞ bütün sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. M.Brayza Trend ə verdiyi xüsusi müsahibəsində bildirib: "Hazırda biz hərbi, təhlükəsizlik sahəsində, enerji məsələlərində, demokratik və iqtisadi islahatlar üzrə əla əməkdaşlığa malikik. Əliyevin Vaşinqtona səfəri bu əməkdaşlığın irəliləməsi üçün uğurlu olub və biz gələn həftə və aylarda öz əməkdaşlığımızı genişləndirəcəyimizə ümid edirik".

Xəbər lenti

Xəbər lenti