Trend in xəbər verdiyi kimi, iyunun 12-də Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezident administrasiyasının keçmiş rəhbəri, Nyu-Gempşir ştatının keçmiş qubernatoru Con Sunununu qəbul edib.
Söhbət zamanı Azərbaycan-Amerika əlaqələrinin inkişafı, regional əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.