...

Daşınmaz Əmlakın Reyestri üzrə Dövlət Xidməti Gəncə və Sumqayitda daşınmaz əmlakın qeydiyyatını aparır

Siyasət Materials 23 İyun 2006 18:28 (UTC +04:00)

Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Reyestri üzrə Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatına başlayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 23-də Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

Onun sözlərinə görə, Cəncə və Sumqayitdə yaşayış massivlərinin sxematik planının hazırlanması istiqamətində iş aparılır. Burada həmçinin yaşayış massivlərinin qeydiyyatı da həyata keçirilir.

"Gələcəkdə eyni işləri digər rayonlarda da görmək niyyətindəyik" - deyə o qeyd edib.

Dövlət Xidməti 2006-cı ilin əvvəlindən fəaliyyətə başlayıb. Dövlət Xidmətinin bütün 25 rayonda idarəsi var ki, bunun 4-ü işğal olunmuş ərazilər, 1-i Naxçıvan MR-nın payına düşür. İşğal olunmuş ərazilərdəki idarələr torpaqların azad edilməsindən və qaçqınların doğma yerlərinə qayıtmasından sonra fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti