...

Mehriban Əliyeva Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Baş Assambleyanın iclasında iştirak edib

Siyasət Materials 27 İyun 2006 21:10 (UTC +04:00)

Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əlyieva iyunun 27-də Parisdə qeyri-maddi mədəni irsin mühafizəsi haqqında konvensiyanı təsdiqləmiş Baş Assambleya ölkələrinin ilk iclasında iştirak edib.

Trend xəbər verir ki, YUNESKO-nun baş direktoru Kaitiro Matsura öz çıxışında Azərbaycanda musiqi və maddi-mədəni irsin qorunmasında M.Əlyievanın müstəsna rolunu qeyd edib. O həmçinin bildirib ki, hazırda konvensiyanı 45 ölkə təsdiqləyib və 7 ölkə ona qoşulub.

M.Əliyeva öz çıxışında konvensiyanın qüvvəyə minməsi münasibətilə iclas iştirakçılarını təbrik edib. Onun sözlərinə görə, bütün dünya millətlərinin genetik əsasında qeyri-maddi irs durur və bu amil xalqların formalaşmasında əhəmiyyətli rol oynayıb. Buna görə müasir dünyada qeyri-maddi mədəni irsin mühafizəsi çox vacibdir. O, Azərbaycanın qeyri-maddi mədəni irsi haqqında məlumat verib. Xüsusilə qeyd edib ki, 2005-ci ildə müğam şifahi və qeyri-maddi mədəni irs inciləri sırasına daxil olub.

M.Əliyeva iştirakçıların diqqətinə çatdırıb ki, hazırda dünyada baş verən müharibə və münaqişələr zamanı mədəni irs məhv olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə yüzlərlə memarlıq və mədəniyyət abidələri məhv edilib, ən yaxşı muğam ustalarının doğulduğu şəhərlər yerlə yeksan olunub. O həmçinin qeyd edib ki, beynəlxalq təşkilatların və dünya ictimasiyyətinin diqqətini bu məsələyə yönəltmək lazımdır.

Xəbər lenti

Xəbər lenti