...

"İrəli" Gənclər Hərəkatı ümumerməni gənclərinin "Baze" yığıncağında iştirak edən dövlətlərin Azərbaycandakı səfirliklərinə etiraz bildirib

Siyasət Materials 24 İyul 2006 15:06 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı Dağlıq Qarabağ ərazisində keçiriləcək Ümumerməni gənclərinin "Baze" (Şahin) yığıncağında iştirak edən dövlətlərin Azərbaycandakı səfirliklərinə etiraz bildirib. Bu barədə Trend ə adıçəkilən hərəkatın təsisçilərindən olna Fərhad Məmmədov bildirib.

Qeyd edək ki, bu tədbir 2006-ci il 26 iyuldan -1 avqusta kimi davam edəcək. Tədbir II-ci pan-Erməni "Bir Millət, Bir Mədəniyyət" adlı festivalı çərçivəsində keçiriləcək. Tədbir zamanı 7 gün ərzində Ermənistanın hər regionunda, Gürcüstanın Cavaxetiya və Dağlıq Qarabağda 40-a yaxın silsiləvi tədbirin keçirilməsi nəzərdə tutulub. Yığıncaqda Ermənistana Rusiya, İtaliya, ABŞ, Avstriya, Avstraliya, Türkiyə, İngiltərə, Fransa, İran, və Suriyadan təxminən 2000 nəfər iştirakçının iştirakı gözlənilir.

F.Məmmədov bildirib ki, bəzi səfirliklər onların müraciətinə cavab verməyib: "Digərləri isə bildiriblər ki, sözügedən tədbirdə iştirak edəcək insanlar erməni əsilli vətəndaşlardır. Səfirliklərdən onu da qeyd ediblər ki, dövlət onların Ermənistana getmələrinin qarşısını ala bilməz. Tədbir Dağlıq Qarabağda keçirilsə də iştirakçılar Ermənistana viza alacaqlar".

Xəbər lenti

Xəbər lenti