...

Elçin Quliyev: Bu ilin sonunadək sərhəd məntəqələrimizin ümumi sayı 70-dən artıq olacaq

Siyasət Materials 31 İyul 2006 15:04 (UTC +04:00)
Elçin Quliyev: Bu ilin sonunadək sərhəd məntəqələrimizin ümumi sayı 70-dən artıq olacaq

Bu ilin sonunadək yeni tikilənlərlə birgə sərhəd məntəqələrinin ümumi sayı 70-dən artıq olacaq. Trend "ATV"-yə istinadən xəbər verir ki, bu barədə iyulun 31-də jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, sərhəd məntəqələrinin tikintisi əsasən şimal və şimal-qərb istiqamətlərində həyata keçirilir. Bu ilin sonunadək şimal və şimal-qərb sərhədlərində təqribən 250-dək zabit və gizir xidməti mənzillərlə təmin olunacaq.

"Bu inkişaf Xəzər dənizini də əhatə edəcək. Hazırda Xəzər hövzəsində "sahil mühafizəsi" sərhəd məntəqələri yaradılır. Bu məntəqərəlin sayı 20-ni ötəcək. Bununla yanaşı müasir texniki avadanlıqların, katerlərin, gəmilərin alınması da gündəlikdədir" - deyə DSX rəisi söyləyib.

Qeyd edək ki, DSX əməkdaşları iyulun 31-də xidmətin yaradılmasının 4 illiyi ilə əlaqədar olaraq Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti