...

İslam Demokrat Partiyası avqustun 7-də İsrailin Bakıdakı səfirliyinin qarşısında etiraz piketi keçirəcək

Siyasət Materials 1 Avqust 2006 13:00 (UTC +04:00)

İslam Demokrat Partiyası (İDP) avqustun 7-i saat 12.00-da İsrailin Bakıdakı səfirliyinin qarşısında etiraz piketi keçirəcək. Bu barədə Trend ə İDP sədri Tahir Abbaslı bildirib.

Piketin keçirilməsində məqsəd İsrailin Livana qarşı apardığı müharibəyə etiraz etməkdir. Partiya sədri onu da qeyd edib ki, piketlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib: "Müraciətimizə hər hansı bir cavabın verilməsindən asılı olmayaraq biz öz etirazımızı bildirəcəyik". T.Abbaslı onu da əlavə edib ki, piketə İDP-nin təmsil olduğu "Bizim Azərbaycan" blokuna daxil olan partiyaların qatılacağı istisna deyil.

İDP sədri onu da bildirib ki, islamçılar İsrailin Livana qarşı təcavüzünü pisləyən belə tədbirləri silsilə formasında davam etdirmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti