Böyük Quruluş Partiyasının (BQP) sentyabrın 30-da keçiriləcək qurultayında ciddi dəyişikliklər olacaq. Bu barədə Trend ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.
F.Qəzənfəroğlu qeyd edib ki, qurultayda mərəmnaməyə dəyişikliklər ediləcək: "Partiya bundan sonra öz fəaliyyətini liberal-deomkrat dəyərlər üzəriində quracaq. Rəhbər strukturlarda da dəyişikliklər olacaq. Yeni strukturlar formalaşdırılacaq. Siyasi Qurulun, Mərkəzi Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdiriləcək".
Qurultayda 200-dən çox nümayəndənin iştirak edəcəyini bildirən BQP sədri onu da əlavə edib ki, sədrliyinə yenidən namizədliyini irəli sürmək fikrindədir. Qurultaya dəvət olunan qonaqlar sırasında isə iqtidar və müxalifət düşərgəsində təmsil olan bütün siyasi qüvvələrin olacağını deyib.