Cənubi Qafqaz Parlament Assambleyası Təşəbbüs Qrupunun VI iclası dekabr ayında Dubay şəhərində keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.
H.Rəcəblinin sözlərinə görə iclasda regionda mövcud olan bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Növbəti iclasda konkret olaraq, nəqliyyat, bank və ekoloji sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə Cənubi Qafqaz Parlament Assambleyası Təşəbbüs Qrupunun V iclası iyulun 20-24-də Londonda keçirilib. Həmin iclasda Azərbaycanı ölkəmizin Cənubi Qafqaz PA-dakı nümayəndə heyətinin rəhbəri Səyavuş Novruzov, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov və sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli təmsil ediblər.