...

DAK sədrinin müavini avqustun 14-də Azərbaycandan Türkiyəyə gedəcək

Siyasət Materials 5 Avqust 2006 12:11 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Eldar Qaradağlı avqustn 14-də Bakını tərk edəcək. Bu barədə Trend ə E.Qaradağlının özü bildirib.

Qeyd edək ki, E.Qaradağlı DAK-ın dekabrın 9-11-də Brüsseldə keçiriləcək IX qurultayına hazırlıqla bağlı Azərbaycanda keçirdiyi görüşlərini yekunlaşdırmaq üzrədir.

E.Qaradağlı onu da vurğulayıb ki, DAK-ın IX qurultayına hazırlıqla bağlı Belçikada təşkilat komitəsi yaradılıb: "Qurultaya hazırlıqla bağlı heç bir problemimiz yoxdur. Bu məsələ ilə bağlı Bakıda keçirdiyim görüşlər də əhəmiyyətli olub. DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Paşa Qəlbinur qurultaya hazırlıqla bağlı bütün işləri diqqətdə saxlayıb".

DAK rəsmisi onu da əlavə edib ki, avqustn 14-də Azərbaycandan Türkiyəyə səfər edəcək. Türkiyədə də DAK-ın növbəti qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunacaq: "Bəzi institutlar, eyni zamanda araşdırmalar mərkəzlərində görüşlər keçirəcəm, müəyyən dərəcədə rəsmi görüşlərim də nəzərdə tutulub. Bundan sonra isə Brüsselə qayıdıb Azərbaycan və Türikyədə keçirdiyim görüşlərlə bağlı sədrimizə məlumat verəcəm".

E.Qaradağlı qeyd edib ki, məqsəd DAK-ın qurultayını nizamnaməsinə uyğun olaraq yüksək səviyyədə keçirməkdir.

Xəbər lenti

Xəbər lenti