...

Salyanda 5 metr hündürlükdən üzüm dərmək istəyən uşaq yıxılaraq ölüb

Siyasət Materials 26 Sentyabr 2006 12:23 (UTC +04:00)

Salyan rayonunun dəmir yolu vağzalı yaşayış massivində yaşayan 8 saylı orta məktəbin 8-ci sinif şagirdi Ağazadə Baloğlan Xanoğlan oğlunun üzüm dərmək istəyi onun həyatına son qoyub. Trend xəbər verir ki, üzüm budaqlarının sarmaşması üçün quraşdırılmış 5 metr hündürlükdəki metal şəbəkəyə çıxmış Baloğlan ayağı sürüşərək başı üstə yerdəki beton örtüyün üzərinə düşüb. Valideynləri evdə olmadığı üçün ağır kəllə-beyin travması almış uşağı qonşuları xəstəxanaya aparsalar da, o yolda keçinib. Həkimlərin dediyinə görə, onun beyninə aldığı zərbədən qan sızıb. Salyan Rayon Mərkəzi Xəstəxanasının travmotoloji şöbəsindən bildirdilər ki, hər ilin indiki dövründə hündürlüyə dırmaşmış üzüm salxımlarını dərmək istəyən sakinlərdən 10-15 nəfəri ehtiyatsızlıq ücbatından yıxıldığından ən müxtəlif travmalar alaraq xəstəxanaya müraciət edir. Amma bu səbəbdən ölüm halı ilk dəfədir.

Xəbər lenti

Xəbər lenti