...

"Dalğa" Gənclər Hərəkatının ilk qurultayı keçirildi

Siyasət Materials 2 Oktyabr 2006 18:33 (UTC +04:00)

Oktyabrın 2-də "Dalğa" Gənclər Hərəkatının ilk qurultayı keçirildi. Trend in məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən qurultayda hərəkatın bir illik fəaliyyəti qiymətləndirilb, quruma yeni sədr seçilib.

Əvvəlcə "Dalğa" Hərəkatının keçmiş sədri Ramin Hacılı hesabat məruzəsi ilə çıxış edib. O, hərəkatın yarandığı vaxtdan indəyədək gördüyü işlər, fəaliyyət istiqamətləri, məqsədləri barədə məlumat verib.

Sonra Hərəkatın sədrliyinə namizədlərin məruzələri dinlənilib. Namizədlər öz konsepsiyaları, proqramları barədə məlumat veriblər. Qeyd edək ki, Amerika üsulu ilə namizədliklərini irəli sürən şəxslərin birinci müavinləri də özləri ilə bərabər namizəd idilər. Seçkidə sədrliyə iki namizəd iştirak etdi - Ülvi Həsənli (birinci müavini Turanə Rəsulova) və Elvin Kazımlı (Cavid Ramazanov). Şəffaf qutulara gizli səsvermə yolu ilə bülletenlər atıldı. Sonra müşahidəçilərin iştirakı ilə səslər sayıldı. 16 nəfər Elçin Kazımlının, 27 nəfər Ülvi Həsənlinin lehinə səs verib, 3 səs isə etibarsız sayılıb. Nəticələrə görə, Ülvi Həsənli "Dalğa" Gənclər Hərəkatının sədri seçilib.

Sonda Ü.Həsənli çıxış edərək təşkilatda yeni islahatlar, dəyişiklər edəcəyini, qurumun maraqlarını öz şəxsi maraqlarından üstün tutacağını deyib.

Qeyd edək ki, özündə 200-dən çox tələbə-gənci birləşdirən "Dalğa" Hərəkatı 2005-ci il fevralın 12-də yaradılıb.

Xəbər lenti

Xəbər lenti