...

VHP və AXCP Sumqayıt şəhər təşkilatlarının birləşdirici konfransı keçirilib

Siyasət Materials 3 Oktyabr 2006 13:54 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatlarının birləşdirici konfransı keçirilib. Bu barədə Trend ə VHP sədrinin müşaviri Samir Əsədli bildirib.

Qeyd edək ki, iyun ayında AXCP-nin Sumqayıt şəhər təşkilatı müstəqilliyini elan etdikdən bir ay sonra VHP-də təmsil olunmaq üçün partiya rəhbərliyinə edilən müraciət qəbul olunub. Avqustda hər iki şəhər təşkilatı Məclisinin birgə toplantısı keçirilib və VHP-nin Sumqayıt şəhər təşkilatının Məclisi formalaşdırılıb.

S.Əsədli qeyd edib ki, birləşdirici konfransda Sumqayıt şəhər təşkilatının yeni sədri Yusif Salmansoy, müavini isə Hilal Əliyev seçilib. Qeyd edək ki, Y.Salmansoy AXCP Sumqayıt şəhər təşkilatının, H.Əliyev isə VHP-nin Sumqayıt şəhər təşkilatının sədri olub.

Müxalifət partiyası olan VHP 1992-ci ildə yaradılıb. Partiyanın sədri "Şöhrət" ordeninə layiq görülmüş xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır. Müxalifətdəki AXCP isə 1989-cu ildə yaradılıb, Azərbaycan Xalq Cəbhəsi kimi fəaliyyət göstərib. 1992-ci ildə partiya kimi qeydiyyata alınıb. Sədri Əli Kərimlidir.

Xəbər lenti

Xəbər lenti