...

German Qref: Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd-a çatmalıdır

Siyasət Materials 6 Oktyabr 2006 17:20 (UTC +04:00)
German Qref:  Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd-a çatmalıdır

Trend xəbər verir ki, bu gün Bakıda "Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Rusiya İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında" protokol imzalanıb. Sənədin imzalanması Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qrefin Bakıya rəsmi səfəri çərçivəsində baş tutub.

Sənəd iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı nəzərdə tutur. "Bu gün biz həmkarımla əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik və həqiqətən, Azərbaycanda bir sıra sahələr var ki, onlara son illər tələbat artır və potensial böyüyür, müvafiq olaraq Rusiya şirkətlərinin də Azərbaycan bazarına maraqları artır", - deyə G. Qref qeyd edib.

Bu sahələrə o, elektrik enerjisini - elektrik enerjisinin paylaşdırılması və istehsalı, metal istehsalı və maşınqayırma sahələrini aid edib.

Onun sözlərinə görə, hər iki ölkə prezidentləri tərəfindən qarşılarına qoyulan başlıca məqsəd iqtisadi və ilk növbədə, qeyri-xammal sahəsində əməkdaşlığın maksimum genişləndirilməsidir.

"Bu, Rusiya və Azərbaycan hökumətlərinin maraqlarına tam uyğundur və RF sərmayələrimizin coğrafiyasını genişləndirmək üçün səylərini əsirgəməyək. Ölkələrimiz arasında ticarət dövriyyəsi $1 mlrd-ı keçir və dövlət başçıları tərəfindən qarşımızda qoyulan növbəti məqsəd bunu $2 mlrd. səviyyəsinə çatdırmaqdır", - deyə G. Qref qeyd edib.

"Hazırda əsas vəzifələr ticarət dövriyyəsində rəqəmi yox, keyfiyyəti yüksəltməkdir. Ən mühümü onu qeyri-xammal mallarla doldurmaqdır. Bəhs etdiyimiz potensial sahələrə gəlincə isə, bu, ənənəvi kənd təsərrüfatıdır. Bizə görə, xidmət sektoru (maliyyə və nəqliyyat xidmətləri) çox böyük potensiala malikdir. Ölkələrimiz arasında digər tranzit əlaqələrin və Şimal-Cənub dəhlizinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirə etməyə mövzumuz var. Maksimal əlverişli şəraitin yaradılması istiqamətində necə irəliləyəcəyimizdən asılı olaraq isə mal mübadiləsi və kapital mübadiləsi meydana gələcək", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti