Türkiyənin 100 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Trend xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Türkiyə əyalətinin bələdiyyə başçısı Ümraniyə Həsən Can məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətin hökümət və müxalifətdən olan deputatlar, sahibkarlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri, eləcə də incəsənət xadimləri və jurnalistlər daxildir. Nümayəndə heyətinin başçıları TUSİAB ilə birgə ikihəftəlik səfər ərzində Bakıda iftar süfrəsi və Heydər Əliyev adına sarayda "Azərbaycan-Türkiyə dostluq axşamı" konsert proqramı təşkil etməyi planlaşdırır.
H.Can qeyd edib ki, əvvəllər türk ölkələri arasında münasibətlər rəsmi səviyyədə qurulurdu. Lakin hazırda bu kifayət deyil. Və ona görə də Türk dünyası Bələdiyyələri Birliyi təşkil etmək qərara alınıb. Həmin birlik türk ölkələri arasında həm iqtisadi, həm də mədəni münasibətlərin inkişafına yardım edir.
Türk dünyası Bələdiyyələri Birliyi Azərbaycanda keçirəcəyi tədbirləri digər türk dövlətlərində də keçirməyi planlaşdırır.