Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Aqşin Şəfayət oğlu Mehdiyev Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Trend in xəbər verdiyi kimi, dövlət başçısının digər sərəncamı ilə o, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.