...

Müxalifətin Siyasi Əlaqələndirmə Şurasına daha 5 müxalif partiya qoşulacaq

Siyasət Materials 17 Oktyabr 2006 18:26 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Şurasına (MSƏŞ) daha 5 müxalif partiya qoşulacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildirib.

Lakin İ.Həmidov quruma qoşulacaq partiyaların adlarının çəkilməsini istəməyib. Bildirib ki, MSƏM-in Sədrlər Şurasında bu barədə razılaşma əldə olunub. AMDP sədri onu da qeyd edib ki, yaxın günlərdə MSƏM ilə 5 müxalif partiya arasında əməkdaşlıq sazişi imzalanacaq.

İ.Həmidov rəhbərlik etdiyi partiyanın Ədliyyə Nazirliyində qeydiyyata alınmaması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdiyi müraciətə baxıldığını da vurğulayıb.

Müxalif MSƏM 2006-cı ildə yaradılıb. Qurumda millət vəkili İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası, İsgəndər Həmidovun sədri olduğu AMDP, Ayaz Rüstəmovun sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyası, Çingiz Dəmiroğlunun sədri olduğu Tərəqqi Partiyası və Fərəc Quliyevin lideri olduğu Milli Dirçəliş Hərəkatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti