...

Etibar Pirverdiyev: Azərbaycanda yeni enerji obyektlərinin yaradılması ilə bağlı geniş miqyaslı işlər görülür

Siyasət Materials 20 Oktyabr 2006 18:57 (UTC +04:00)
Etibar Pirverdiyev: Azərbaycanda yeni enerji obyektlərinin yaradılması ilə bağlı geniş miqyaslı işlər görülür

Bu gün Azərbaycanda "Energetiklər günü" qeyd olunur. Trend in xəbər verdiyi kimi, "Energetiklər günü"nə həsr olunmuş təntənəli mərasimdə "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirib ki, hal-hazırda respublikada yeni enerji istehsal obyektlərinin yaradılması ilə bağlı bir sıra ciddi işlər görülür.

Onun sözlərinə görə, əsasən, Azərbaycan rayonlarında - Astara və Şəkidə modul elektrik stansiyalarının inşası başa çatıb.

"Yaxın vaxtlarda Xazmazda, Naxçıvanda və Bakıda analoji modul elektrik stansiyaların inşası başa çatdırılacaq. Gələn il "Azərenerji" səhmdar cəmiyyəti Sumqayıtda gücü 506 MVt olan buxar-qaz qurğusunun inşasını başa çatdıracaq və 2009-cu ildə "Şimal" elektrik stansiyasında 400 MVt-lıq buxar-qaz qurğusu inşa ediləcək", - deyə o bildirib.

Bugünkü tədbir zamanı Azərbaycan prezidenti İlham Əliyevin sərəcamına əsasən energetiklərə "Şöhrət" ordeni və "Tərəqqi" medalı verilib.

Azərbaycanda elektrik enerjisinin istehsalına 1873-cü ildə başlanılıb. 1915-ci ildə artıq ölkə enerji istehsalı obyektlərinin sayına görə üçüncü yeri tutub. "Azərenerji" 1935-ci ildə yaradılıb və cari ildə idarə fəaliyyətinin 71-ci ilini qeyd edir.

Xəbər lenti

Xəbər lenti