...

Bundestaq Azərbaycanı Avropa Birliyinin tərkibində görmək istəyir

Siyasət Materials 15 Noyabr 2006 15:51 (UTC +04:00)
Bundestaq Azərbaycanı Avropa Birliyinin tərkibində görmək istəyir

Bertelsman Fondu və Almaniya Texniki yardım cəmiyyətinin (GTZ) təşkilati dəstəyi ilə Berlində "Transformasiya mütəfəkkirləri" adlı növbəti konfrans keçirilib.

İctimai Maliyyələrin Monitorinqi Mərkəzinin (PFMC) direktoru İnqilab Əhmədovun Trend ə verdiyi xəbərə görə, bu tədbir iki ildə bir dəfə keçirilir və bir həftə ərzində dünyanın 35 ölkəsindən deputatlar, vətəndaş cəmiyyətinin, Maliyyə və İqtisadiyyat Nazirliklərinin nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

İ.Əhmədov Azərbaycandan konfransın yeganə iştirakçısı idi.

Onun sözlərinə görə, konfrans fond tərəfindən geniş tədqiqatlar əsasında və ölkələrin, DB, UNDP rəsmi məlumatlarını nəzərə almaqla hazırlanan Bertelsman transformasiyasının indeksinin müzakirəsi üçün toplanır. İndeks ölkələrdə siyasi və iqtisadi dəyişikliklər əsasında çıxarılır.

O, iki komponentdən - indeksin statusundan və idarə indeksindən ibarətdir. Birinciyə siyasi və iqtisadi dəyişikliklərin göstəriciləri, qanunların işləmək bacarığı, demokratik institutların sabitliyi, bazarların təşkili daxildir. Azərbaycan üzrə indeks göstəricisi pisləşib və 119 ölkə arasında o, 82-ci yeri tutub, 2003-cü ildə isə ölkə 10 mövqe irəlidə idi.

İkinci komponentə keyfiyyət göstəriciləri - infrastrukturda dəyişikliklər, vətəndaş cəmiyyətinin inkişafı, ehtiyatların idarə olunma səmərəliliyi daxildir. Bu indeks üzrə Azərbaycan 95-ci yerdə, Ermənistan isə 56-cı yerdədir. Keçmiş sovet ölkələri arasında Azərbaycan Özbəkistan və Türkmənistanla, demək olar ki, eyni səviyyədədir.

"Mən Azərbaycanda belə dəyişikliklərin baş verdiyini nəzərə alaraq, ölkəyə dair çıxarılan nəticələrin yanlış olmasından narazı qaldığımı bildirdim. Yəqin ki, bu, ölkə hökümətinin Bertelsman fondu ilə qeyri-aktiv fəaliyyəti ilə əlaqədardır, lakin onlar indeksin hesablanması üsulunun obyektiv olduğunu hesab edirlər və 2007-ci ildə vəziyyəti düzəldəcəklərinə söz veriblər", - deyə İ.Əhmədov qeyd edib.

Onun sözlərinə görə, bu cür tədbirlər çox faydalı hesab olunur. Keçmiş sovet ölkələrindən Azərbaycanla yanaşı Belarus və Tacikistan da dəvət olunub. Tədbirdən sonra fond Bundestaq nümayəndələri ilə görüş təşkil edib.

"Bu görüşdə onlar ümidvar olduqlarını bildiriblər ki, Avropa Birliyi genişlənəcək və Azərbaycanı da onun tərkibinə daxil olmaq üçün dəvət etmək arzuolunandır", - deyə İ.Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti