...

ÜTT-yə daxil olmaq üzrə şöbənin rəhbəri: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini tezləşdirməlidir"

Siyasət Materials 27 Noyabr 2006 20:52 (UTC +04:00)
ÜTT-yə daxil olmaq üzrə şöbənin  rəhbəri: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini tezləşdirməlidir"

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini daha da tezləşdirməlidir. Trend -in məlumatına görə, bunu Bakıda ikigünlük səfərdə olan ÜTT-yə daxil olmaq üzrə şöbənin rəhbəri Arif Hüseynov bu təşkilatın katibliyində bildirib.

"İki ildən sonra yekunlarının Azərbaycana da təsir edə biləcək Dox raundunun nəticələri olacaq. Digər tərəfdən, ÜTT-yə daxilolma prosesi nə qədər uzanırsa, ölkə bir o qədər itirə bilər. Eyni zamanda, gələn illər ərzində təşkilata yeni dövlətlər daxil ola bilər". Bunu A.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Dox raundunda iki əsas prinsip mövcuddur: ixrac maddi yardımını aradan qaldırmaq (kənd təsərrüfatı yardımlarının ləğvi) və müntəzəm olaraq daxili yardımları da aradan qaldırmaq.

Azərbaycanda əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur. O ölkəyə yeni iş yerlərinin açılmasına, xidmət, informasiya texnologiyaları sferasını inkişaf etdirməyə imkan yaradacaq istehsalat sənayesini, infrastrukturunu möhkəmləndirməyi təklif edib.

A.Hüseynovun fikrincə, ÜTT-yə daxil olma prosesində əsas olan şey islahatların keçirilməsi üçün daxili prosesin nə qədər yubanacaqdır. Məsələn Vetnam 12 illik danışıq proseslərindən sonra yalnız bu il ÜTT-yə qəbul olunub, Rusiya ilə elə bu müddətdir ki davam edir, amma hələ qərar verilməyib.

"Baxmayaraq ki, Azərbaycan ÜTT-yə daxil olmaqda bir az gecikib, mən buna uzunmüddətli proses kimi baxmağı məsləhət görürəm. Ölkə Avropa və beynəlxalq standartlara müvafiq qanunvericilik yaratmalıdır, lakin bunu islahatları apardığı kimi ölkənin özü etməlidir. İnvestisiya imkanlarını artırmaq, yeni iş yerləri yaratmaq vacibdir. Əgər milli qanunvericiliyinin, normativ aktların qəbulunun, onların həyata keçirilməsinin mükəmməlləşdirilməsi prosesi tezləşdirilərsə, onda inanıram ki, 2007-ci ildə Azərbaycanla danışıqlar prosesində kifayət qədər irəliləyişlər olacaq". A. Hüseynov belə hesab edir.

Danışıqlar üzrə qrupun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev hesab edir ki, ölkənin prosesi tezləşdirmək üçün imkanları var, eyni zamanda daxili bazar üçün müdafiə balansını tapmaq lazım.

Hazırda ÜTT-yə 150 ölkə daxildir.

Xəbər lenti

Xəbər lenti