...

Azərbaycan prezidenti Tailandın kralı və baş nazirinə təbrik məktubu göndərib

Siyasət Materials 4 Dekabr 2006 16:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Bhumibol Adulyadejə dövlətin milli bayramı - kralın Təvəllüd günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı öz məktubunda ümidvar olduğunu bildirib ki, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlər ümumi maraqlara əsasən dostluq və əməkdaşlıq zəminində iştirak edəcək.

Dövlət başçısı həmçinin Tailandın baş naziri Surayud Çulanontaya da təbrik məktubu göndərib. O, məktubda ikitərəfli əlaqələrin gələcəkdə inkişaf edəcəyindən əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti