...

Azərbaycanın Ukraynadakı səfiri Luqansk vilayətinə səfər edib

Siyasət Materials 7 Dekabr 2006 16:20 (UTC +04:00)

Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri Tələt Əliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin nümayəndə heyəti Luqansk vilayətinə birgünlük səfər edib.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Luqansk vilayəti dövlət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı nümayəndə heyəti vilayət rəhbərliyi və Luqansk vilayətinin azərbaycanlı diasporu ilə görüşüb.

"Biz bir çox ölkələrlə çox vektorlu siyasət aparırıq və Ukrayna da həmçinin iqtisadi, sosial və mədəni planda bir tərəfdaş kimi ölkəmizi maraqlandırır", - deyə T.Əliyev vilayətin dövlət administrasiyası ilə görüşdə qeyd edib.

Səfirin sözlərinə görə, əlaqələrin genişləndirilməsi və yeni imkanların axtarışı üçün onlar Ukraynanın sənayenin inkişaf etdiyi bütün vilayətlərində olmağı planlaşdırırlar. Səfərlərin yekununa görə, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılma imkanı nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti