...

"Azəriqaz"ın prezidenti Əlixan Məlikov: "Gün ərzində 2500-3000 qaz sayğacı quraşdırırıq"

Siyasət Materials 12 Dekabr 2006 13:47 (UTC +04:00)
"Azəriqaz"ın prezidenti Əlixan Məlikov: "Gün ərzində 2500-3000 qaz sayğacı quraşdırırıq"

Azərbaycanda abunəçilər üçün qaz sayğaclarının quraşdırılması prosesi davam edir. Bu barədə "Azəriqaz" Qapalı Tipli Səhimdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov məlumat verib.

O bildirib ki, son məlumatlra görə ölkə abunəçilərinin 45 faizi üçün sayğaclar quraşdırılıb. "Əvvəlcədən belə nəzərdə tutulurdu ki, 2006-cı ilin sonuna qədər bu proses başa çatdırılsın. Lakin işlər çox olduğundan sayğaclaşdırma prosesini başa çatdırmaq mümkün olmadı."

Ə.Məlikovun sözlərinə görə, elə rayonlar var ki, orada sayğac quraşdırılması başa çatıb. "Dekabrın 1-də keçirilən müşavirədə prezident İlham Əliyev qeyd etdi ki, 2007-ci ilin birinci rübü ərzində bu işləri tamamlamaq lazımdır. Təbii ki, bu çox çətin bir prosesdir. Bu hər bir mənzillə, hər bir evlə bağlıdır. Biz gün ərzində təxminən 2500 - 3000 ədəd sayğac quruşdırırıq. Çalışırıq ki, bu işləri tez bir zamanda başa çatdıraq."

Ə.Məlikov qeyd edib ki, sayğacların quraşdırılması həm mövcud problemləri aradan qaldırır, həm qazın dəyərinin ödənişinə müsbət təsir göstərir, həm də "Azəriqaz"a imkan verir ki, israfçılıq olan yerlərdə bu problemi aradan qaldırsın.

Xəbər lenti

Xəbər lenti