...

Millət vəkili Aydın Mirzəzadə: "Ali təhsilli çağırışçıların hərbi xidmət müddəti artırılmayacaq"

Siyasət Materials 20 Dekabr 2006 16:32 (UTC +04:00)

"Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının dekabrın 20-də keçirilən iclasında "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi müzakirə olunub." Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Aydın Mrzəzadə deyib.

Qeyd edək ki, Prezident Aparatından göndərilən və hərbi qanunvericiliyə bir sıra dəyişikliklər edilməsini nəzərdə tutan layihə bir dəfə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında müzakirə olunub. Məsələnin parlamentin iclasında müzakirə olunması haqda qərar qəbul olunsa da sonradan bu müzakirələr təxirə salınıb.

Aydın Mirzəzadənin sözlərinə görə, komissiyanın iclasında bu layihə yenidən müzakirə olunmayıb.

"Ali təhsilli çağırışçıların hərbi xidmət müddəti bir ildən bir il altı aya qədər artırılmayacaq. Eyni zamanda üç övladı olan şəxslərin hərbi xidmətdən azad olunması güzəşti də ləğv olunmayacaq. Bundan başqa valideyinlərindən biri ikinci qrup əlil olan çağırışçılara edilən güşət də qüvvədə qalacaq. Hərbi qanunvericilikdə edilən dəyişiklik çağırış müddətinin 20 gündən 30 günə qədər artırılmasını nəzərdə tutur ki, bu da texniki xarakter daşıyır" - deyə millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti