...

Mərkəzi Seçki Komissiyası DSK-ların fəaliyyətinin monitorinqini davam etdirir

Siyasət Materials 21 Dekabr 2006 13:51 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarında (DSK) monitorinqləri davam etdirir. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl MSK Bakı və Sumqayıtda, Abşeron rayonunda yerləşən dairə seçki komisiyalarında, habelə həmin ərazidə olan məcburi köçkün rayonlarının dairə seçki komissiyalarında (DSK) monitorinqləri başa çatdırıb. Artıq dekabrın 19-dan etibarən MSK-nın monitorinq qrupları 26 seçki dairəsinin dairə seçki komissiyasında yoxlamalar aparmağa başlayıblar. Monitorinqlər Balakən, Zaqatala, Şəki, Saatlı, Sabirabad, Kürdəmir, Cəlilabad, Masallı, Biləsuvar, Astara və Lerik rayonlarının, Gəncə və Lənkəran şəhərlərinin ərazindəki dairə seçki komissiyalarında aparılır.

Bu dəfə də əvvəlki monitorinqlərdə olduğu kimi DSK-ların yerləşdiyi binaların vəziyyətindən tutmuş dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqqı ödənilməsi cədvəlinə baxış keçirilməsinə qədər geniş miqyaslı monitorinqlər aparılır. DSK-ların maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyət ciddi araşdırılır.

Xəbər lenti

Xəbər lenti